Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı məktəbliləri arasında maarifləndirmə tədbirləri aparılır

0



  • 05.05.2017-ci il tarixdə Goranboy ərazisində məcburi köçkünlər üçün salınmış Meşəli qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Meşəli kənd tam orta məktəbində narkomaniya ilə mübarizə, erkən nikahın qarşısının alınması, dövlət və din mövzusunda maarifləndirmə işlərinin aparılması məqsədilə maarifləndirici tədbir təşkil olundu.
    Tədbirdə Xocalı rayon İHB-nın müavini Lamiyə xanım Qarayeva, Xocalı RPŞ-nin rəis müavini Şahid Muradov, Xocalı RPŞ-nin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov, Xocalı rayon İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Anar Əliyev, Xocalı rayon İH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vaqif Həsənov, Meşəli kənd tam orta məktəbin pedaqoji kollektivi, məktəb şagirdləri və valideynlər iştirak etdilər.
    Çıxış edən natiqlər narkomaniyanın insan sağlamlığına vurduğu zərərlərdən, erkən nikaha daxil olmağın qızların psixologiyasına göstərdiyi mənfi təsirlərdən və dini cərəyanlara qoşulmağın şər qüvvələr tərəfindən müsəlman aləmini parçalamağa yönəldilmiş olduğundan bəhs edildi. Bildirildi ki, şagirdlərdə baş verən zərərli vərdişləri vaxtında aradan qaldırmaq üçün məktəb direktorları və pedaqoji kollektiv daim şagirdləri nəzarətdə saxlamalı və polis orqanlarına yardımçı olmalıdır. Məktəblilər birinci növbədə yaxşı təhsil almaq haqqında düşünməlidirlər. Əsrin bəlalarından biri olan narkomaniya sözün əsl mənasında bütün bəşəriyyət üçün təhlükə yaratmışdır. Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan “ağ ölüm”dür. Erkən nikaha daxil olanlar psixoloji problemlər yaşayır. Bir şəxsiyyət kimi formalaşmasında müəyyən baryerlər yaranır, ailə, məişət qayğıları, övlad məsuliyyəti onlara stress və gərginlik gətirir. İndi dinimizə terrorçuluq damğası vururaq onu ləkəlməyə çalışırlar. Qeyd edildi ki, baş verən mənfi halların aradan qaldırılması üçün vətəndaşların polis orqanlarına ictimai dəstəyi vacibdir. Övladlar ilk növbədə valideynlərinə güvənməli və özlərinə örnək götürməlidirlər.
    Sonda Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının dəstəyi ilə hazırlanmış maarifləndirici təqdimata və filmə baxıldı.















    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib47 dəfə
    Xocalı məktəbliləri arasında maarifləndirmə tədbirləri aparılır

    Maraqlı gələ bilər
    44
    56
    61
    56
    71
    48